Sergey Mixeyev: ABŞ-ın istənilən hərbi iştirakı gərginliyi artırır

“Dövlət Departamenti Xəzərdə təhlükəsizlik məsələsini həll etməməlidir”…

“Dövlət Departamenti Xəzərdə təhlükəsizlik məsələsini həll etməməlidir”.

Oxu.Az-ın suallarına Xəzər əməkdaşlığı İnstitutunun direktoru Sergey Mixeyev cavab verir.

– Sahilyanı dövlətlərin başçılarının sonuncu sammitinin optimistik bəyanatlarını nəzərə alaraq Xəzərin hüquqi statusuna dair danışıqların tezliklə başa çatması ehtimalı nə qədərdir?

– O baxır “tezliklə” sözünün altında nə nəzərdə tutulur. İstənilən halda bu iki ildən tez baş verməyəcək. Məhz iki il sonra növbəti Xəzəryanı sammitin keçirilməsi planlaşdırılır. Amma əvvəlki 20 illik danışıqlar müddətini nəzərə alsaq bu, “tezliklədir”. Düşünürəm ki, tərəflər sonda kompromisə gedəcəklər, belə ki, bu, hamıya lazımdır. Amma əlbəttə ki, zəmanət yoxdur.

– Xəzəryanı dövlətlər hərbi potensiallarını donanma da daxil olmaqla möhkmələndirirlər. Bu, Xəzərin “dostluq və əməkdaşlıq dənizi” olması barədə bəyanatlarla mütənasibdirmi?

– Axı Xəzəryanı dövlətlər yalnız bir-biri ilə həmsərhəd deyillər. Və biz bu dünyada yalnız deyilik. Ona görə də hərbi potensialın qüvvətləndirilməsi Xəzərə aidiyyatı olmaya da bilər. Xəzərdə yalnız bu akvatoriyada istifadəsi nəzərdə tutulan qüvvələrin müzakirə edilməsi doğrudur. Sammitdə qüvvələrin “lazımi dərəcədə” artırılmasına dair razılıq əldə edilib. Ümid edirəm ki, bu deklarasiya inkişaf etdiriləcək. Ona görə də beş ölkənin liderlərinin müvafiq iradəsi əsasında Xəzər əsl dostluq və əməkdaşlıq dənizinə çevrilə bilər.

– ABŞ Dövlət Departamenti bəyan edib ki, sahilyanı dövlətlərin bəzilərində reallaşdırılan təhlükəsizliyə dair layihələri dayandırmaq fikrində deyil. Belə əməkdaşlıq “hərbi iştirak” anlayışı altında gedirmi? Və bu, Xəzəryanı dövlətlərin qeyri-regional ölkələrin hərbi iştirakına imkan verilməməsinə dair razılığı nəzərə alsaq, hansı nəticələri verə bilər?

– Hər halda ABŞ-ın Dövlət Departamenti hansısa layihənin başa çatdırılması qərarını verməməlidir. Əgər Xəzəryanı dövlətlər real suverenliyə malikdirlərsə, bu məsələləri Dövlət Departamentinin niyyətlərindən deyil, maraqlarından irəli gələrək özləri həll etməlidirlər. Və düşünürəm ki, burada artıq “Xəzər – dostluq və əməkdaşlıq dənizi” və ya ABŞ-ın Dövlət Departamentinin niyyətlərinin vacib olması seçilməlidir. Mənim fikrimcə ABŞ-ın müasir tarixi mərhələdə istənilən hərbi iştirakı gərginliyin artmasına xidmət edir. Gəlin, düz danışaq, amerikalılara Xəzəryanı sammit amilinin mövcudluğu heç də xoş deyil. Onlar hər şeyin Vaşinqton vasitəsilə həll olunmasını istərdilər.   

– İran və Qərbə münasibətdə buzların əriməsi müşahidə edilir. ABŞ-ın istənilən halda Xəzərə öz hərbçilərini göndərmək istədiyini düşünmürsünüz? Və əgər belədirsə bu, hansı məqsədlə ola bilər?

– Xəzərdə hərbi iştirak Amerika üçün bir neçə səbəbdən əlverişli olmazdı – İrana təzyiq, Rusiyaya təzyiq, hətta bütün regional iqtisadi layihələrdə iştirak etməyə çalışan Çinə belə təzyiqdir. Bundan başqa regionun digər ölkələrini də təzyiq altında saxlamaq pis olmazdı, axı sabah Dövlət Departamentinin hansı niyyətlərinin meydana çıxacağı bəlli deyil. Bu isə uzunmüddətli qlobal dominantlığa cavab verərdi. Bu gün İran ilə münasibətlərdə buzların əriməsini nəzərdən qaçırmaq lazım olmadığı kimi, böyütmək də lazım deyil. Qarşılıqlı inam olmayıb, olmayacaq da. Yenə də tarixi təcrübə ABŞ-ın istənilən rejimə olan münasibətinin çox tez dəyişə bilməsini göstərir. Bu gün yaxınlaşma ola bilər, sabah isə elə bu yaxınlaşmanın fonunda amerikalılar Tehranda rejimi dəyişməyə can ata bilərlər, sonra isə yenə də uzaqlaşma müşahidə edilə bilər. Səddam Hüseyn təcrübəsini unutmaq olmaz.       

– Türkmənistan prezidenti bəyan edib ki, Xəzər boru-kəmərinin çəkilməsi sırf layihənin iştirakçı ölkələrinin işidir. Aşqabadın bu layihəyə marağını nə ilə izah edərsiz, və bu layihəyə qarşı çıxan Rusiya hansı tədbirləri görə bilər?

– Maraq aydındır – qərb istiqamətində yeni ixrac bazarlarının axtarışı. Amma həmin status məsələsi aydın şəkildə – birtərəfli qərarların yeni problemlərə yol açdığını nümayiş etdirir. Kompromis isə ümumi fayda və konsensus olan yerdə mövcuddur. Məncə bu istənilən dövr üçün keçərli həqiqətdir.

 

/Oxu.az/