“NQ”: TAP tikintisində İspaniya Almaniya və Fransanı əvəz etdi

Total şirkəti Azərbaycanın bütün enerji layihələrini tərk etmir…

Total şirkəti Azərbaycanın bütün enerji layihələrini tərk etmir.

Transadriatik (Trans Adriatic Pipeline – TAP) qaz boru kəmərinin tikinti layihəsinin aksionerlərinin tərkibində dəyişikliklər baş verib: fransız Total və alman E.ON  şirkətləri 19%-lik paylarını satıblar.

Oxu.Az Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə istinadən xəbər verir ki, TAP konsorsiumunun mətbuat xidmətinin məlumatına əsasən, satışa çıxarılan aksiyaları ispan şirkəti Enagas (16%) əldə edib, konsorsiumun üzvü olan Fluxys isə öz payını artıraraq 16%-dən 19%-ə çatdırıb. Bu gün aksionerlərin payı aşağıdakı kimidir: BP (20%), SOCAR (20%), Statoil (20%), Fluxys (19%), Enagas (16%) və Axpo (5%).

Gedişatı şərh edən TAP-ın icraçı direktoru Kyetil Tunqland bəyan edib ki, TAP hər zaman yeni strateji partnyorlar üçün açıqdır.

“Mən Enagası yeni aksioner kimi salamlamağa şadam. Avropa və Cənubi Amerikada mühüm investisiyalar siyahısına malik Enagas kimi, nəhəng qaz şirkəti Avropa qitəsində enerji bazarlarına yeni qaz mənbəyini transportasiya edən layihənin strateji müddəasını möhkəmləndirməyə yardım edəcək”, – Tunqland jurnalistlərə bəyan edib.

Daha öncə “NQ”nin yazdığı kimi, TAP layihəsinin tikintisi Azərbaycanın “Şah Dəniz” yatağının işlənməsi üzrə konsorsium tərəfindən seçilib, marşrut isə Xəzər sahilindən Yunanıstandan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubuna və daha sonra Qərbi Avropaya çıxarılacaq. Boru kəmərinin ümumi uzunluğu 870 km-dir. İtaliya və Yunanıstanda ekoloji etirazlarla bağlı bir sıra problemlərdən sonra, ilin əvvəlində alman konserni E.ON və fransız şirkəti Total-ın TAP-ı tərk etmək qəraından sonra layihənin maliyələşdirilməsi təhlükə altına düşdü. Amma yeni investoru çox gözləmək lazım gəlmədi.    

TAP maliyyə direktoru Luts Landverin sözlərinə görə, ispan Enagas-ı layihə üçün, xüsusilə də onun ixtisaslaşdırılmış təcrübəsini nəzərə alsaq mühüm tapıntıdıt.

“Belə ki, bu halda layihə investorların dəyişməsindən yalnız udub”, – Landver DW alman nəşrinə bildirib. Onun sözlərinə görə ilk sərmayələr 2015-ci ildə artıq qoyulacaq.

Eyni zamanda energetika üzrə bu günlərdə Afinada “Balkan və Adriatik neft-qaz sammiti” konfransında çıxış edən Landver bildirib ki, ehtiyatları 1 trilyon kub metr təbii qazın olmasık imi qiymətləndirilən Azərbaycanın “Şah Dəniz” yatağından  qazın çatdırılması 2020-ci ilə planlaşdırılıb. Transadriatik qaz kəmərinin Aİ qaza olan tələbatının 20%-ni təmin edəcəyi ehtimal edilir.

DW-nin analitikləri hesab edirlər ki, layihədə iştirak edən ölkələr yenidən Avropa enerji bazarında mövqe tutma şansı qazanırlar. Bu xüsusilə indiyə qədər Aİ enerji şəbəkələrindən izolə edilmiş Albaniyaya aiddir. Albaniyanın energetika və sənaye nazirinin müavini Dorian Duskun fikrincə regional enerji şəbəkəsinə qoşulan Tirana, birbaşa xarici investisiyalar şəklində təxminən 1 milyard avro almağa ümid edir.  

Bunula yanaşı Bakıda çoxlarını fransız şirkəti Total-ın bir müddət öncə rəqabləri ilə mübarizə apraraq yer aldığı layihələri ardı-ardına niyə tərk etməsi məsələsi düşündürür.

Azərbaycan neft tədqiqatları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, hər bir şirkət hansısa aktivin onun investisiya portfelinə müvafiq olub olmamasına dair sərbəst qərar verir. TAP-a qədər Total Azərbaycan tərəfindən regionda realizə edilən digər – “Şah Dəniz” və Cənubi Qafqaz qaz kəməri layihələrində də olan payını satıb, eləcə də Transanatoliya qaz kəməri (TANAP) layihəsinə daxil olmaqdan imtina edib.Totalın rəhbərliyi qərarı hasil edən şirkət üçün infrastruktur layihələrinin qeyri-profilli olduğu və o dominant rol oynadığı aktivlər üzərində diqqət cəmləməyi planlaşdırması ilə izah edib. Əgər Total-ın izahatı səmimidirsə o zaman şirkətin 60%lik payla operatoru olduğu “Abşeron” qaz layihəsindən getməsi gözlənilmir.

Bu fikirlə İlham Şaban da razıdır, o bildirib ki, fransız şirkəti “Abşeron” layihəsindən ona yaxşı pul da təklif edilsə çıxmayacaq. İş ondadır ki, ekspertlərin fikrincə ikinci quyu qazıldıqdan sonra “Abşeron”un ehtiyatlarının həcmi artacaq. Bu isə şirkətin aktiv və aksiyalarının, eləcə də aksionerlərin dividendlərinin qalxması deməkdir.

Xatırladaq ki, ilkin məlumata görə, “Abşeron”dan ilk qazın çıxarılması 2021-ci ildə gözlənilir. “Abşeron”un strukturu Bakıdan 100 km çənubi-şərqdə, təxminən 6550 m dərinlikdə yerləşir. Azərbaycan geoloqları yatağı 1960-cı ildə aşkar ediblər. qaz ehtiyatı 350 milyard kub metr, kondensat isə 45 milyon ton həcmində dəyərləndirilir.

www.oxu.az