Azərbaycanda 120 min nəfərlik yeni şəhər salınır

İlham Əliyev konseptual plan ilə tanış oldu…

İlham Əliyev konseptual plan ilə tanış oldu.

Azərbaycanın Pirallahı rayonunda yeni şəhər salınır.

Oxu.Az xəbər verir ki, oktyabrın 14-də Pirallahı rayonuna səfər edən Azərbaycan Prezidenti İlham Əliyev rayonunun yeni şəhərin konsept planı ilə tanış oldu.

Bildirilir ki, inkişaf layihəsinə uyğun olaraq Yeni şəhər üçün Gürgan dəniz sahili boyu və ətraf ərazilər seçilib.

Burada ən müasir və böyük yaşayış mərkəzi yaradılacaq. İlkin olaraq yeni şəhər 120 min əhalinin yaşaması üçün nəzərdə tutulub. Burada, həmçinin inzibati binalar, yüksək mərtəbəli yaşayış binaları, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək parklar salınacaq. Layihəyə görə ilkin mərəhələdə 60 yaşayış binasının tikintisi nəzərdə tutulub. Binaların əksəriyyəti 4 mərtəbəli terras formasında olacaq. Yeni şəhərdə universitet kompleksi, balıqçılıq platforması tikiləcək və sənaye zonası da yaradılacaq (AzTV).

www.oxu.az