Ərdoğana İŞİD xəbərdarlığı

“Türkiyə Kobani ilə sərhədi açmalıdır”…

“Türkiyə Kobani ilə sərhədi açmalıdır”.
Fransa prezidenti Fransua Olland Suriyanın Kobani şəhərində gedən döyüşlərlə bağlı açıqlama verib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, Olland Kobanidəki döyüşlərlə bağlı Türkiyəyə səslənərək təklifə çıxış edib.
Fransa prezidenti bildirib ki, Türkiyə-Suriya sərhədində yerləşən Kobaninin İŞİD terror qruplaşmasının əlinə keçməməsi üçün rəsmi Ankara sərhədi açmalıdır.
“Kobanidə suriyalı kürtlərin terrorçularla sonuna qədər mübarizə apara bilməsi üçün Türkiyə sərhədləri açmalıdır. Əks halda Kobani istənilən an İŞİD-in nəzarəti altına keçə bilər”, deyə Olland bildirib.
www.oxu.az