Ən diqqət çəkən məqam isə yəhudi bir qızın da İŞİD sıralarına qoşulmasıdır.
Yəhudi bir qız Fransadan İŞİD-ə qoşulmaq üçün Suriyaya gedib.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, 100 qızın Fransadan İŞİD-ə qoşulmaq üçün Suriyaya getdiyi bildirilir. Ən diqqət çəkən məqam isə yəhudi bir qızın da İŞİD sıralarına qoşulmasıdır.
Son həftələrdə ən azı 100 qədər gənc qızın Fransanı tərk edərək Suriyada İŞİD-in heyətinə qatıldığı təsbit edilib.
Avropa ölkələri terror təşkilatı İŞİD-in sıralarına qatılmaq üçün gedənlərin qarşısını almağa çalışarkən Fransadan şok bir xəbər gəlib. İŞİD-ə qatılanlardan birinin də 17 yaşı olduğu bildirilir. Onun qatara minərkən kameraya düşdüyü görülüb.
/Oxu.az/