Kiyevdən dəhşətli görüntülər – FOTO

Ukrayna paytaxtında ara yenə qarışdı.

 

Ukrayna paytaxtında ara yenə qarışdı.

Ukrayna parlamentinin binası qarşısında keçirilən etiraz aksiyaları zamanı polislə nümayişçilər arasında baş vermiş toqquşmaların fotoları yayılıb.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu gün baş verən qarşıdurmada 20-yə yaxın polis yaralanıb. Etirazçılar arasındada xəsarət alanlar var. Nümayişçilər polislərə qarşı daşlardan, dəyənəklərdən, molotov kokteyllərdən istifadə edirlər.

Qeyd edək ki, nümayişçilər Ali Radada İkinci Dünya müharibəsi vaxtı iki ziddiyyətli müqavimət təşkilatını – Ukrayna Millətçiləri Təşkilatının və Ukrayna Üsyançılar Ordusunun milli qəhrəmanlar elan edilməsi haqda qanun layihəsini gündəliyə salınmasını tələb edirdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

oxu.az