Avropa sanksiyalara görə 90 milrayd avro itirəcək

Avropa İttifaqının birtərəfli olaraq Rusiyaya tətbiq etdiyi sanksiyalarla bağlı xərc Avropa ölkələri üçün gələn ilin sonuna qədər 90 milyard avro təşkil edəcək. Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Biznes Şurası (ƏBA) rəsmiləri ilə Moskvada bir araya gələn Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib: “Əlbəttə bunun Rusiyaya da ziyanı var. Ancaq biz sənaye sektorunun modernləşdirilməsi və ümumiyyətlə bütün sahələrdə səmərəli işlərin görülməsi üçün ən vacib tədbirləri görürük”.  Avropa ölkələrindən ərzaq alışını dayandırmasının sanksiya olmadığını qeyd edən Lavrov bunu Rusiyanın öz iqtisadi maraqlarını qorumaq üçün atdığı bir addım kimi qiymətləndirib. Lavrov Rusiyanın sanksiyalara qarşı uzunmüddətli proqram hazırladığını deyib: “Burada qısamüddətli çıxış yolu yoxdur. Bunun təkrarən müzakirəsi lazımdır. Biz Aİ ilə azad ticarət zonası formalaşması ilə bağlı müzakirələrə hazırıq. Rusiya-Aİ arasında əlaqənin kəsilməsi problemlərin normal konstruktiv şəkildə müzakirə edilməsinə imkan vermir”. – See more at: http://teleqraf.com/news/26255#sthash.buvmAQlL.dpuf

 

/Teleqraf/