Bakıda nəqliyyat problemlərinin həlli üçün proqram hazırlandı

Nazirlik rəsmisi açıqlama verib…

Nazirlik rəsmisi açıqlama verib.

Bakıda nəqliyyat problemlərinin aradan qaldırılmasına dair 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı hazırlanıb.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq konfransda nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, dövlət proqram artıq hökumətə təqdim edilib. Sənəd hazırda nəzərdən keçirilir.

Qeyd edək ki, proqramda mövcud yolların yenidən qurulması və yeni yolların tikilməsi, yeraltı və yerüstü piyada keçidlərinin inşası, yeni avtomobil qovşaqlarının tikilməsi və digər məsələlər öz əksini tapıb.

www.oxu.az