Qazaxda 2 uşaq atası minaya düşdü

Hadisə 37 yaşlı kənd sakini atla gedərkən baş verib…

Hadisə 37 yaşlı kənd sakini atla gedərkən baş verib.

Qazaxın düşmənlə sərhəd olan Cəfərli kəndinin sakini düşmənin qurduğu minaya düşüb. 

Oxu.Az-ın Kəpəz TV-yə istinadən məlumat verir ki, Məmməd Qarasaqqalov mal-qara otaran atası Rəfi Qarasaqqalova çörək apararkən havanın dumanlı olması onu azdırıb. Bu zaman neytral ərazidə piyada əleyhinə minaya düşən 37 yaşlı kənd sakini bir ayağını itirib. Dərhal hərbçilərin, kənd sakinlərinin köməyi ilə Qazax Diaqnostika Mərkəzinə gətirilən M.Qarasaqqalovun həyatını xilas etmək mümkün olub. Sol ayağı ambutasiya olunan zərərçəkənin vəziyyətini həkimlər kafi qiymətləndirir.

2 oğul atası olan M.Qarasaqqalov Cəfərli kəndində mal-qara saxlamaqla məşğuldur. O, hava dumanlı olduğundan ərazini görmək mümkün olmadığını, nəticədə də bu cür hadisə baş verdiyini bildirib.

Qeyd edək ki, hadisə 37 yaşlı kənd sakini atla gedərkən baş verib. Bu zaman kənd sakininin atı da tələf olub.

www.oxu.az