Diplomlarımız elektronlaşdırıldı

Vətəndaşlar öz diplomları barədə məlumatları iki şəkildə əldə edə bilərlər…

Vətəndaşlar öz diplomları barədə məlumatları iki şəkildə əldə edə bilərlər.

“Elektron hökumət” portalına Təhsil Nazirliyinin daha bir elektron xidməti inteqrasiya edilib. 

Oxu.Az xəbər verir ki, əldə olunan məlumata görə, “Diplom haqqında məlumatlar” adlanan yeni xidmət vasitəsilə vətəndaşlar öz diplomları barədə məlumatları iki şəkildə – diplomun seriya və nömrəsini daxil etməklə və ya şəxsiyyət vəsiqəsinin nömrəsinə görə əldə edə bilərlər.

Şəxsiyyət vəsiqəsinin nömrəsinə görə məlumat əldə olunarkən portaldan autentifikasiyadan keçmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN-i avtomatik təyin olunur.

Yeni xidmətin istifadəyə verilməsi ilə Təhsil Nazirliyinin “Elektron hökumət” portalına inteqrasiya edilmiş e-xidmətlərinin sayı 3-ə çatıb.

www.oxu.az