Bakının iki rayonu susuz qalacaq

Magistral su xəttində qəza baş verib…

Magistral su xəttində qəza baş verib.

Bu gün Bakının iki rayonunun su təchizatı məhdudlaşdırılır.

Oxu.Az xəbər verir ki, “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu ərazisində 500 mm diametrli magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün ərzində Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

www.oxu.az