Azərbaycan Xarkovda fəxri konsulluq açıb

“Azərbaycan birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəklədi və gələcəkdə də dəstəkləməyə davam edəcək”…

“Azərbaycan birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəklədi və gələcəkdə də dəstəkləməyə davam edəcək”.

Xarkovun mərkəzində Azərbaycanın fəxri konsulluğu açılıb.

Tədbirdə Azərbaycanın Ukraynada səfiri Eynulla Mədətli, hər iki ölkənin xarici işlər nazirliyinin və yerli hakimiyyət nümayəndələri iştirak edib.

Oxu.Az bu barədə Ukrinforma-a istinadən xəbər verir.

“Konsulluğun dairəsinə Xarkovla bərabər Donetsk, Zaporojesk, Poltavskaya, Sumsk və Çernoqovska vilayətləri də daxildir. Başlıca vəzifələr – iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin genişləndirilməsidir. Konsulluq həmçinin Azərbaycan diasporlarının inkiaşfına şərait yaratmaq, onların hüquq və maraqlarını qorumağa niyyətlidir”, – fəxri konsul Əfqan Salmanov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev Ukrayna ilə əməkdaşlığa böyük önəm verir.

“Azərbaycan birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəklədi və gələcəkdə də dəstəkləməyə davam edəcək”, – Salmanov deyib.

Xatırladaq ki, Ukrayna ərazisində azərbaycanlılar ən çox Xarkov vilayətində toplaşıb: 40 min nəfər.

Şəhərdə azərbaycanlıların mədəniyyət cəmiyyəti fəaliyyət göstərir. “Dostluq” adlanan cəmiyyət Donbasda hərbi əməliyyatlar başlayan gündən bu yana ATƏ (Antiterror əməliyyatı) ərazisinə on tondan artıq humanitar yük verib.

Qeyd edək ki, Xarkovda Rusiya və Polşanın baş konsulluqları fəaliyyət göstərir, sentyabrın əvvəlindən isə Belarus və Türkiyənin fəxri konsulluqları açılıb.

www.oxu.az