Araz Ağalarov Rusiyaya qarşı sanksiyaları şərh etdi

Onun sözlərinə görə ölkədə bizneslə məşğul olmaq getdikcə çətinləşir…

Onun sözlərinə görə ölkədə bizneslə məşğul olmaq getdikcə çətinləşir.

Qərb ölkələri tərəfindən ilin əvvvəlindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar  ölkənin biznesinə neqativ təsir edir.

Oxu. Az xəbər verir ki, bu barədə “Vestnik Kafkaza”-nın müxbirinə müsahibəsində CrocusGroup şirkətlər qrupunun prezidenti və sahibi Araz Ağalarov, Ukrayna böhranı ətrafında beynəlxalq siyasətin  və bu böhranın çərçivəsində antirusiya tədbirlərinin Rusiya Federasiyasının  iqtisadiyyatına təsirini şərh edəkən bildirib.

“Sanksiyalar- bu hər zaman pisdir. Hətta əgər onlar (sansksiyalar) iqtisadi ziyan verməsə belə, psixoloji zərər gəlir. Bizim hadisəmizdə isə həm bu, həm də digərindən söhbət gedir. Bildiyiniz kimi xarici ödənişlər çətinləşib və nə vaxtsa aktiv işlədiyimiz ölkələrdən çatdırılma çətinləşib. Təbii olaraq bu ölkənin ümumi iqtisadi vəziyyətinə mənfi təsirini saxlaya bilməzdi, ona görə də Rusiyaya sanksiyalarla təzyiqlərdə dəqiq yaxşı bir şey yoxdur”- Ağalarov deyib.

O, dolların məzənnəsinin qalxmağına da mənfi şərh verib.

“Siz bilirsiz. Bu sonsuz dairə kimidir. Dollar daha çox qalxdıqca, rubl düşür və bununla da insanlar psixoloji olaraq daha çox rubldan dollara tərəf yönlənir. Bu öz növbəsində valyuta bazarına əlavə təzyiq göstərir. Burada fırıldaqçılar kurslarda olan fərqdə daha çox qazanırlar. Və bu eləcə də iqtisadiyyata da kömək etmir”, – deyə iş adamı qeyd edib.

Nəticədə A.Ağalarovun sözlərinə görə, ölkədə bizneslə məşğul olmaq getdikcə mürəkkəbləşir.

“Yaranan vəziyyətdə iş adamlarının özlərini rahat hiss etmələrini iddia etmək qəribə olardı. Məncə ölkə üzərində asılı qalan siyasi problemlərin tezliklə həlli, Rusiyada biznes-atmosferinin ümumilikdə yaxşılaşmasına gətirib çıxaracaq”, – əminliklə söyləyib.

Sahibkar Rusiyanın avtarkiyaya (müstəqil iqtisadi zona) çevrilməsimə də skeptik yanaşır.

“Əmək kooperasiyasının beynəlxalq bölgüsü çoxdan yaradılıb və istənilən ölkənin iqtisadiyyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Hər şeyi müstəqil istehsal etmək mümkün deyil. ABŞ məsələn, Boeinglərini quraşdırarkən şassiləri Kandadan, mühərriki Böyük Britaniyadan, təkərləri isə başqa bir dövlətdən alır. Yəni, hal-hazırda bu gün istehsalat ümumi aparılır. Ona görə də sanskiyaların ölkəyə hər şeyi müstəqil etmə şansı verdiyi barədə KİV tərəfindən yayılan fikir yanışdır”.

www.oxu.az