Ağ evdə “erməni soyqırımı “nı “əks etdirən ” xalça sərgilənəcək

ABŞ hakimiyyəti 1915-ci il hadisələrini əks etdirən qondarma “erməni soyqırımı”nı “əks etdirən ” xalçanın Ağ evdə sərgilənəcəyini açıqlayıb…

ABŞ hakimiyyəti 1915-ci il hadisələrini əks etdirən qondarma “erməni soyqırımı”nı “əks etdirən ” xalçanın Ağ evdə sərgilənəcəyini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Hurriyet ” qəzeti xəbər yayıb.

Məlumata əsasən, xalça 18-23 noyabr tarixlərində nümayiş etdiriləcək.

Məlumat üçün bildirək ki, keçən il erməni lobbisinin istəyinə baxmayaraq Ağ ev “erməni soyqırımı”nı “əks etdirən ” xalçanın sərgilənməsinə icazə verməmişdi.

Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma “soyqırım “ı tanıyıblar.

Türkiyə hökuməti 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılaraq, arxivlərin açılmasını təklif etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifini hələ də rədd edir.

 

/Trend/