Putin və Poroşenko Milanda görüşüb

Görüş İtaliyanın baş naziri Matteo Rensi tərəfindən təşkil edilib…

Görüş İtaliyanın baş naziri Matteo Rensi tərəfindən təşkil edilib.

Milanda “Asiya-Avropa” forumunun 10-cu Sammiti çərçivəsində, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Petr Poroşenkonun iştirakı ilə iş görüşü başlayıb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, görüş İtaliyanın baş naziri Matteo Rensi tərəfindən təşkil edilib, görüşdə həmçinin Böyük Britaniyanın baş naziri Devid Kemeron, Almaniyanın kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Aİ-nin yüksək vəzifəli məmurları Joze Manuel Barrozu və Hervan van Rompey iştirak edib.

Görüş ərəfəsində Putin Angela Merkel ilə görüşüb. Kremlin saytında qeyd edildiyi kimi, tərəflər arasında “Ukraynadaxili münaqişə genezisinə və hal-hazırda baş verənlərin səbəbinə dair ciddi fikir ayrılığı mövcuddur”.

www.oxu.az