Alman baykerləri İŞİD ilə döyüşə yollandılar

Median Empire motoklubu 2011-ci ilin sonunda kürdlər tərəfindən yaradılıb…

Median Empire motoklubu 2011-ci ilin sonunda kürdlər tərəfindən yaradılıb.

Almaniyadan olan baykerlər, kürd hərbçiləri ilə bərabər “İslam dövləti” qruplaşmasının yaraqlılarına qarşı döyüşlərdə iştirak etmək üçün, döyüşlər gedən Suriyanın Kobani şəhərinə yollanıblar.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, alman internet-nəşr Focus Online yazır ki, bu baykerlər Kölndə yaradılmış Median Empire klubuna daxildirlər.

“Bizimkilər bu gün Kobani də olublar və atəş altına düşüblər”, – oktyabrın əvvəlindən baykerlərin İD-ə qarşı döyüçlərdə iştirak etdiyini bildirən, motoklubun prezidenti Facebook-da yazıb.

2011-ci ilin sonunda kürdlər tərəfindən yaradılan Median Empire motoklubu adını, kürdlərin öz əcdadları hesab etdikləri qədim midiyalıların şərəfinə alıblar.

Suriya kürdləri Kobanidə İD yaraqlılarının hücumlarını dəf etməyə davam edirlər. KİV məlumatına görə onun ərazisinin təxminən yarısı ekstremistlər tərəfindən işğal edilib.

www.oxu.az