Türkiyənin yeni şahinləri

“T-129” helikopterləri saatda 274 kilometr məsafə qət edir…

“T-129” helikopterləri saatda 274 kilometr məsafə qət edir.

Türkiyə Silahlı Qüvvələri “T-129” markalı yeni döyüş helikopterlərini sınaqdan keçirib.

Oxu.Az xəbər veirr ki, ANS PRESS-in məlumatına görə, “Anadolu” agentliyi xəbər verir ki, saatda 274 kilometr məsafə qət edən yeni helikopterlər havada 3 saat qala bilir.

Göyərtəsində yüzdən çox müxtəlif ölçülü raket və 500 ədəd top mərmisi daşıyan, güclü mühərriklə təchiz olunmuş “T-129” hədəfləri dəqiq vurmaq imkanlarındadır.

www.oxu.az