İŞİD komandiri öldürüldü

Günorta saatlarından sonra Kobanidə döyüşlər şiddətlənib…

 

Günorta saatlarından sonra Kobanidə döyüşlər şiddətlənib.

Suriyanın Kobani şəhərində İŞİD terror qruplaşmasının komandirlərindən birinin öldürüüldüyü xəbəri yayılıb.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Kobanidə bu gün günorta saatlarından sonra İŞİD-lə Peşmərgə kürd qüvvələri arasında döyüşlər daha da şiddətlənib.

Belə ki, İŞİD kürdləri ətrafdan təcrid etmək üçün Mürşitpınar sərhəd qapısını top atəşinə tutub. Lakin kürd silahlılar da irəliləyərək İŞİD-dən bir bölgəni geri ala biliblər. Şiddətli döyüşlər zamanı koalisiya qqüvvələri də İŞİD-in mövqelərini havadan bombalayıb.

Bombardman zamanı İŞİD-in aparıcı komandirlərindən biri Məhəmməd Casemin öldüyü bildirilir. Komandirin ölüm xəbərini Suriya Haqları Müşahidəsi yayıb.

 

/Oxu.az/