Dünya əhalisinin yarısından çoxu acından ölə bilər

Ərzaq istehsalı 60 faiz artırılmalıdır…

Ərzaq istehsalı 60 faiz artırılmalıdır.

Dünya əhalisinin sayı daima artdığından demoqraflar Yer kürəsində daha 3,54 milyard nəfər üçün qidanın çatmasını aydınlaşdırmağa çalışırlar.

Oxu.Az Rabitə və Yyüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, BMT-nin ötən konfransında bildirilib ki, 2050-ci ilədək Yer kürəsinin əhalisinin sayı 9,6 milyard, 2100-cü ilədək 10,9 milyard nəfər təşkil edəcək.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bəyan edib ki, ərzaq istehsalı 9 milyard nəfəri yedirtmək üçün 60 faiz artırılmalıdır. Tarixən ərzaq istehsalı artımı həmişə əhalinin sayını üstələyib, lakin iqlim problemlərini asanlıqla həll etmək asan olmayacaq.

Hazırda Afrika əhalinin sayına görə dünyanın ən sürətlə artan regionudur. Qitə əhalisinin sayının əsrin sonunadək dörd dəfə artaraq 4 milyard nəfərə çatacağı proqnozlaşdırılır. Lakin tədqiqatçıların bir qismi hesab edir ki, hazırda gənc afrikalıların təhsilli olması populyasiyaya nəzarətə imkan verir. Məsələn, 1970-ci ildə Banqladeşdə əhali sayı çox yüksək olub, hər ailəyə orta hesabla 6 uşaq düşüb. Təhsil proqramı həyata keçirildikdən sonra uşaqların orta sayı iki nəfərədək azalıb. 

Dünyada aclığa tez-tez təsadüf edilməsə də, region əhalisi əsasən müharibə və siyasi sabitliyin olmaması səbəbindən aclıqdan əziyyət çəkir.

www.oxu.az