Prezident müvafiq fərman imzalayıb…
Prezident müvafiq fərman imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, qərara alınıb ki, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.8-2-ci bənd əlavə edilsin:
“8.8-2. Avtomobil yollarının vahid dövlət reyestrini aparmaq”.
Bununla da Nəqliyyat Nazirliyinə avtomobil yollarının vahid dövlət reyestrini aparmaq səlahiyyəti verilib.