Ekspert: Neftin qiyməti 20-30 dollar ucuzlaşmalıdır

“Bazarda olan vəziyyət 80-ci illəri xatırladır”…

“Bazarda olan vəziyyət 80-ci illəri xatırladır”.

Enerji bazarındakı vəziyyət, neft bazarında 80-ci illərdə mövcud olan vəziyyəti xatırladır.

Oxu.Az Vestifinance.ru-ya istinadən xəbər verir ki, Virciniya Texniki Universitetinin iqtisadiyyat üzrə professoru, Yaxın Şərq üzrə mütəxəssisCavat Salehi-İsfahani belə hesab edir.

Buna hansı amillərin daha çox təsir etdiyi və burada OPEK və Qərbin rolunun nədən ibarət olduğu haqqında Salehi-İsfahani “Rossiya-24”-ə verdiyi müsahibəsində danışıb.

“Neftin qiyməti 2000-ci ildən 2014-cü ilə qədər olan müddət ərzində artıb və müəyyən zamanda onun dəyəri bir barel üçün 100 dollardan artıq olub, bütün bunlar isə ev təsərrüfatlarını və istehlakçıları enerjinin saxlanmasına çalışmaları ilə nəticələndi.

Əgər iki: dəyər və gəlir amilini toplasaq cəmdə neftin ilin sonuna olan qiyməti üçün pessimistik bir mənzərə yaranır. Əlbəttə, hər şey ola bilər: hamı bilir ki, neft bazarını proqnozlaşdırmaq mürəkkəbdir.

Unutmaq olmaz ki, neftin qiymətinin enməsi şişirdilib, belə ki, neftin qiyməti dollarda dəyərləndirilir, dollar isə öz mövqelərini möhkəmləndirir. Bunları nəzərə alsaq biz neft bazarında tələbatın azalmasını müşahidə edirik. İki səbəbi də xatırladım.

Birincisi – dünya iqtisadiyyatının artmaması. Adətən dünya ÜDM-nin 1% artımı neftə olan tələbatın artmasına səbəb olur. Hal-hazırda Avropa iqtisadiyyatı çıxılmaz vəziyyətdədir, Amerika iqtisadiyyatı isə sürətinin azalma riski ilə üz-üzə durub, eyni zamanda Hindistan, Çin, Braziliya iqtisadiyyatlarında irəliləmə müşahidə edilir. Beləliklə, vəziyyət 2-3 və ya 4 il bundan öncə olan vəziyyətdən köklü sürətdə fərqlənir. Bu gün üçün dünya iqtisadiyyatının artım sürəti çox zəifdir, bu isə tələbatın artımının güclənməsini gözləmək lazım olmadığı anlamına gəlir.  

Daha bir vacib səbəb – bu, neftə olan, indi yox bir neçə il sonra meydana gələcək qiymətlərə uyğunlaşmaqdır. Neftin, 5-6 il ərzində 100 dollardan artıq olan yüksək qiyməti indi iqtisadiyyata təsirini göstərir: insanlar daha az maşın və ev alırlar, istehsalat müəssisələri isə enerji istehlak edən cihazları enerji qoruyan cihazlarla əvəz edirlər. Bu amillər neftə olan tələbatın azalmasına və ya yavaşlamasına səbəb olur. Qiymətlə hər şey fərqlidir: onun öz dinamikası var, o, 1980-ci ildə olduğu kimi tələbatdan daha tez düşə bilər.

Adətən normal fəaliyyət göstərən bazarda qiymətlərin rəqabət nəticəsində endiyi zaman tələbat artır, təklif azalır, bazar daha aşağı qiymətlər səviyyəsində tarazlığa daxil olur. Səudiyyə Ərəbistanı bu gün məhz belə düşünür: əgər qiymət 80 dollara düşərsə, o zaman, Amerika neftinin təklifinin azalması baş verəcək, dünya tələbatı artacaq və bazar bir dollar üçün 80 dollar tarazlığında fəaliyyət göstərəcək. Amma bu, baş verməyəcək.

Nə üçün? Çünki tələbat və təklif elastik deyil və həcmlərin bir qədər dəyişməsi üçün qiymətlərin kəskin dəyişməsi gərəkdir. Hal-hazırda bazarda 1-2 milyon neft təklifi var, onu aradan qaldırmaq üçün qiymətin 20-30 dollar enməsi gərəkdir”.

www.oxu.az