Erməni idmançımızla döyüşməkdən qorxdu

Məhəmmədəli Tahirovun rəqibi isə rinqə çıxmayıb…

Məhəmmədəli Tahirovun rəqibi isə rinqə çıxmayıb.

Zaqreb şəhərində yeniyetmələr arasında boks üzrə Avropa çempionatı keçirilib. 

Oxu.Az-ın azerisport.com-a istinadən məlumatına görə, iki azərbaycanlı idmançı – Məsud Yusifzadə (52 kq) və Məhəmmədəli Tahirov (91 kq) yarımfinala yüksəliblər. 

Dörddə bir finalda onlar Gürcüstan təmsilçisi Qaik Pozoyan və Ermənistan təmsilçisi Qnel Muradyana qalib gəliblər. Yusifzadə 3:0 hesabı ilə qalib gəlib. Tahirovun rəqibi isə rinqə çıxmayıb. 

Yarımfinalda Yusifzadənin rəqibi Daniel Asenov (Bolqarıstan), Tahirovun rəqibi isə Peter Kadiru (Almaniya) olacaq.

www.oxu.az