Polşa İlham Əliyevin əfv sərəncamını alqışladı

Prezidentin Sərəncamına əsasən 80 nəfərdən artıq insan azadlığa buraxılıb…

Prezidentin Sərəncamına əsasən 80 nəfərdən artıq insan azadlığa buraxılıb.

Polşanın Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv sərəncamı ilə bağlı bəyanat yayıb.

Oxu.Az Polşa Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda bildirilənə görə, Azərbaycan Prezidentinin sərəncamına əsasən 80 nəfərdən artıq insan azadlığa buraxılıb. 

Nazirliyin bəyanatında prezidentin imzaladığı əfv sərəncamı alqışlanıb.

www.oxu.az