Elmar Məmmədyarov Avropa İnsan hüquqları məhkəməsinin sədri qəbul edib

Görüşdə fikir mübadiləsi aparılıb…

Görüşdə fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Avropa İnsan hüquqları məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, cari ilin 24 oktyabr tarixində nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında səfərdə olan Avropa İnsan hüquqları məhkəməsinin sədri Dan Şpilmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Görüşdə Bakıda keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda konfransın əhəmiyyəti qeyd olunmuş və Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığa aid məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 
 
www.oxu.az