Putin: Terrorizmlə müharibədə Qərb öz siyasətinin nəticələri ilə mübarizə aparır

“Onlar Sovet İttifaqı ilə mübarizə üçün islam ekstremist hərəkatına sponsorluq edirdilər”…

“Onlar Sovet İttifaqı ilə mübarizə üçün islam ekstremist hərəkatına sponsorluq edirdilər”.

Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrini öz məqsədlərinə çatmaq məqsədi ilə islam ekstremistlərini dəstəklədiyi üçün tənqid edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanatla o, növbəti iclasının Soçidə keçirən “Valday” beynəlxlaq diskussiya klubunun iştirakçıları qarşısında çıxış edib. 

“Yeri gəlmişkən, partnyorlarımızın ardı-ardına eyni səhvi etmələrinə təəccüblənməkdən yorulmuram. Vaxtı ilə onlar Sovet İttifaqı ilə mübarizə üçün islam ekstremist hərəkatına sponsorluq edirdilər. Burada Taliban və Al-Qahidə meydana gəlib”, – Putin xatırladıb.

Onun sözlərinə görə, Qərb beynəlxalq terroristlərin Rusiyaya və mərkəzi Asiya regionuna  müdaxiləsini “dəstəkləmədiyi halda gözünü yumurdu”. “Biz bunu unutmamışıq”, – Rusiya Federasiyasının prezidenti bildirib.
Terrorizmlə müharibədə Qərb öz siyasətinin nəticələri ilə mübarizə aparır və bu ona baha başa gəlir, Putin vurğulayıb.

www.oxu.az