Elmira Ramazanova “Şöhrət” ordeni ilə təltif edilib…
Elmira Ramazanova “Şöhrət” ordeni ilə təltif edilib.
E.M. Ramazanovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycanın prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında neft və qaz sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə Elmira Məmmədəmin qızı Ramazanova “Şöhrət” ordeni ilə təltif edilsin.