Bağdad yaxınlığında 24 çeçen öldürülüb

“Onlar şəhəri su ilə təmin edən borunu partlatmaq istəyərkən məhv edilib”…

“Onlar şəhəri su ilə təmin edən borunu partlatmaq istəyərkən məhv edilib”.

İraqın Hərbi-Hava Qüvvələri bu ölkənin paytaxtı Bağdadın yaxınlığında “İslam Dövləti” adlanan terrorçu qruplaşmasının sıralarında vuruşan 24 nəfəri məhv edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, öldürülənlərin hamısı Çeçenistan vətəndaşıdır.

İraq Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, öldürülən çeçenlər Bağdadı su ilə təmin edən borunu partlatmaq istəyərkən məhv edilib.

www.oxu.az