Nazirlər Kabinetindən əmək pensiyası ilə bağlı qərar

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı siyahıda dəyişiklik edilib…

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı siyahıda dəyişiklik edilib.

“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı “nda dəyişiklik edilib.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib. 

Dəyişikliyə əsasən, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bəndinin c) yarımbəndinin beşinci abzasında “yükvurma-yükboşaltma” sözləri “yükün aşırılması” sözləri ilə əvəz edilib.

www.oxu.az