İŞİD sərnişin təyyarələrini vura biləcək

Terror təşkilatının əlində son dərəcə müasir hava müdafiə raketləri var…

Terror təşkilatının əlində son dərəcə müasir hava müdafiə raketləri var.

Özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatı ilə bağlı yeni iddia ortaya atılıb.

Oxu.Az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, Almanyanın “Bild” qəzeti İŞİD-in sərnişin təyyarələrini vura biləcəyini iddia edib. 

Almaniya Federal Xəbəralma Təşkilatı BND-nin qaynaqlarına istinad olunan məlumata görə, İŞİD-in əlində son dərəcə müasir hava müdafiə raketləri var. 

Sözügedən silahların “Manpads” tipi olduğu və daşına bilən, çiyinə qoyularaq atılan roket atan hərbi silahlar olduğu açıqlanıb. Həmin silahların Bolqarıstan və ya Çində istehsal olunduğu deyilir. 1970-ci illərdən bəri istehsal edilən silahlar İŞİD terroristlərin gücünü daha da artırıb. 

Bu roket atan texnikaları çox az sayda İŞİD-çi istifadə edə bilir. Terror təşkilatı roket atan silahları Suriya ordusunun anbarlarından ələ keçirib. 

Qeyd edək ki, hazırda Avstriya Hava yolları və Qətər Hava yolları kimi bir çox hava yolu şirkəti Şimali İraqa sərnişin daşıyır.

www.oxu.az