Neft ucuzlaşır

Azərbaycan və Braziliya bazara daha çox neft çıxaracaqlar…

Azərbaycan və Braziliya bazara daha çox neft çıxaracaqlar.

Neftin dünya qiymətləri bazar ertəsi ucuzlaşır, OPEK-ə daxil olmayan ölkələrdə, istehsalat təklifinin artacağı, bunun isə tələbatdan artıq olacağını satışın nəticələri göstərir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Şimal dənizindən hasil olunan Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,28% ucuzlaşaraq bir barel üçün 85,89 dollar olub.  WTI (Light Sweet Crude Oil) markalı amerikan yüngül neftinin dekabr fyuçersləri 0,06% azalaraq, bir barel üçün 80,96 dollar olub.

Neftin qiymətləri investorların OPEK-ə daxil olmayan ölkələrdə hasil edilən neftin tələbatdan artıq olacağına dair narahatçılıq fonunda ucuzlaşır.

Ehtimal edilir ki, Azərbaycan və Braziliya kimi ölkələrdə neftin hasilatının artması 2015-c ildə bazara neftin həddən artıq çox çatdırılmasına gətirib çıxaracaq.

Bazarda qeyri-müəyyənlik həm də OPEK üzvlərinin noyabrda baş tutacaq görüşündən də irəli gəlir. Hər il Vyanada 27 noyabrda keçirilən görüşdə OPEK üzvləri dünyada neftin hasilatının artması və istifadəsi proqnozlarının pisləşməsi fonunda neftin hasilatının azaldılması məsələsini həll etməlidirlər.

“Neftin qiymətləri OPEK-dən hasilatın azaldılmasına dair qərarı eşitməyənədək davam edə bilər”, – Bloomberg agentliyi Newedge Group meneceri Ken Haseqavanın (Ken Hasegawa) sözlərini sitat gətirir.

www.oxu.az