Poroşenko: Seçkilər Avropayönümlü qüvvələrin əmin qələbəsini nümayiş etdirdi

“Koalisiya yaratmaq üçün bizim 10 günümüz var”…

“Koalisiya yaratmaq üçün bizim 10 günümüz var”.

Ukrayna prezidenti Petr Poroşenko bazar günü jurnalistlər üçün brifinqdə bəyan edib ki, parlament koalisiyası yaradılması üçün konsultasiyalara artıq birinci gündən başlamağı və 10 gün ərzində başa çatdırmağı planlayır,Oxu.Az Euronews-a istinadən xəbər verir.

“Seçkilər demokratik Avropayönümlü, Ukraynayönümlü qüvvələrin əmin qələbəsini nümayiş etdirdi. Və bu bizə islahatların keçirilməsinin təminatı və inkişaf üçün geniş imkanlar yaradır”.

Çıxışının sonunda Petr Poroşenko artıq rus dilində əlavə edib:

“Koalisiya və mən çox ümid edirəm ki, Ukraynanın ən yaxşı hakimiyyətini yaratmaq üçün 10 günümüz var. Çünki ölkə qarşısında duran çağırışların öhdəsindən heç nə gələ bilməz!”.

Ukrayna MSK-nin partiya siyahısına görə 25 faiz  protokollarının məlumatının hesablanmış nəticələrinə görə, Ukrayna baş naziri Arseni Yasenyukun “Narodnı front” partiyası, prezidentyönümlü “Blok Petra Poroşenko” partiyasını ötərək irəli keçib, Arseni Yasenyukun partiyası 21,69 faiz səs, “Blok Petra Poroşenko” isə 21,63 faiz səs toplayıb. Radaya həmçinin Lvovun meri Andrey Sadovoyun “Samapomoş” (10,55 faizlə), keçmiş “regionalların” çoxunun daxil olduğu “Oppozisionnı” (9,62 %), Oleq Lyaşkonun Radikal partiyası (7,64%), keçmiş baş nazir Yuliya Timoşenkonun “Abtkivşina” partiyası (5,87%) keçib.

www.oxu.az