Astaranın kəndində tank vurmaq üçün raket tapıldı

Əraziyə baxış keçirilib…

Əraziyə baxış keçirilib.

Bu gün səhər saatlarında Sərhəd Qoşunlarının naryadı tərəfindən Astara rayonunun Kələdəhnə kəndi ərazisində, Xəzər dənizinin sahilində sovet dövründən qalma 1 ədəd “Faqot” tipli tank əleyhinə raket kompleksi tapılıb.

Oxu.Az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Sərhəd və Daxili Qoşunların əməkdaşları cəlb olunublar.

Əraziyə baxış keçirilərkən məlum olub ki, kompleksin içərisində bir ədəd mərmi də olub.

Əməliyyat tədbirləri qiymətləndirilməklə lazımi təhlükəsizlik tədbirləri görülüb.

Daha sonra müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə xüsusi qaydalara riayət edilməklə raket kompleksi zərərsizləşdirilib.

www.oxu.az