Azərbaycanlı vəkildən Kəlbəcərli girovlarla bağlı şok təklif…

Bu gün Xankəndində kəlbəcərli girovlara qarşı qondarma ittihamlarla başlayan məhkəmə prosesi Azərbaycan cəmiyyətində ciddi narahatlıq və nifrətlə izlənildi…

Bu gün Xankəndində kəlbəcərli girovlara qarşı qondarma ittihamlarla başlayan məhkəmə prosesi Azərbaycan cəmiyyətində ciddi narahatlıq və nifrətlə izlənildi. Azərbaycan vətəndaşının öz ata-baba yurduna getməsinə görə onları həbsxanaya salaraq onlara qarşı insanlığa yaraşmayan davranışlar sərgiləmələri, ağılasığımaz işgəncələr vermələri bir daha belə bir mənfur millətlə bir yerdə yaşaya bilməyəcəyimiz reallığını ortaya qoydu. 
Buna baxmayaraq əslən Kəlbəcərdən olan tanınmış vəkil Bəhruz Bayramov baş prokuror Zakir Qaralova, eyni zamanda Amerikanın, Avropa ölkələrinin Azərbaycandakı səfirlərinə, beynəlxalq təşkilatların ofislərinə, xüsusilə də Kəlbəcərin işğal olunduğunu özünün 822 saylı qətnaməsiylə təsdiq edən BMT-nin Bakıdakı nümayəndəliyinə müraciət edərək Dilqəm Əsgərovun və Şahbaz Quliyevin vəkili kimi həmin prosesdə iştirakı üçün şərait yaradılmasını xahiş edir. 
O günü səhər Xankəndinə getməyə və təhlükəsizliyinə beynəlxalq zəmanət verilməsi şərtiylə həmin qondarma prosesdə kəlbəcərli girovların hüquqlarının müdafiəçisi kimi çıxış etməyə hazır olduğunu bəyan edir və adlarını sadaladığımız qurumlardan buna şərait yaradılmasını tələb edir. Onun qənaətinə görə, ən azı həmsədr ölkələrin Azərbaycandakı səfirləri bunu bacarmayacaqsa bu o demək olacaq ki, belə vasitəçilik institutu heç nəyə yaramır və onların mandatından məhrum edilməsinin vaxtı çatıb. 
Xatırladaq ki, Bəhruz Bayramov bir müddət öncə baş prokuror Zakir Qaralova müraciət edərək dərhal kəlbəcərli girovların qanunsuz saxlanılması və onlara işgəncə verilməsiylə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələriylə cinayət işi başlanılmasını təklif etmişdi. Amma prokurorluqdan bu çağırışa cavab verilməmişdi… (moderator.az)