Helqa Daub: Uzunmüddətli həllə Rusiyasız nail olmaq mümkün deyil – MÜSAHİBƏ

“Mən Azərbaycana bu ölkənin taleyini arzulamıram”…

“Mən Azərbaycana bu ölkənin taleyini arzulamıram”.

Oxu.Az suallarına Alman-Azərbaycan forumunun vitse-prezidenti, Bundestaqın iki çağırışının keçmiş deputatı, Cənubi Qafqaz ilə əlaqələr parlament qrupunun üzvü Helqa Daub cavab verir.

– Almaniyanın xarici işlər naziri keçən həftə Cənubi Qafqaz ölkələrinə səfər edib. Bu, ekspertlərin bizim regionun Aİ prioritetlər siyahısına daxil olmaması barədə danışıqlar fonunda baş verdi. Cənab Ştaynmayerin səfərini necə qiymətləndirirsiz?

– Almaniya xarici işlər nazirinin Cənubi Qafqaza səfərini yüksək qiymətləndirirəm. Bəlkə də bu səfər daha öncə olmalı idi, amma biz hamımız son aylarda nə qədər böhran hadisələrinin baş verdiyini bilirik.

Bu səfər regionun mühümlüyünü vurğulayır. Cənubi Qafqaz Avropa və Asiya arasında körpü və ya ox rolunu oynayır.

– Gürcüstan birmənalı olaraq Aİ-yə girişə istiqamət götürüb, Azərbaycan həm də Avropa ilə fəal əməkdaşlıq edir, amma üzvlük haqqında məsələ qoymur, Ermənistan isə diametral şəkildə əks siyasət aparır. Almaniya siyasəti, Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa differensial yanaşmaya malikdirmi?

– Bu, siyasət seçilməməlidir. Amma Gürcüstanda 2008-ci ildə baş verənlər, eləcə də davam edən Dağlıq Qarabağ münaqişəsi ucbatından Avropanın diqqətinin böyük hissəsi bu ölkələrə yönəlib. Amma mənə xoşdur ki, Azərbaycan getdikcə Almaniya üçün: siyasi, iqtisadi, mədəni və tədris baxımdan daha maraqlı olur.

– Dağlıq Qarabağ problemi Almaniya XİN-nin Bakıda apardığı danışıqların əsas mövzusu olub. Cənab Ştaynmayer onun həllində Aİ-nin fəal iştirak etmə niyyəti barədə bəyan edib. Almaniyanın bu problemə qarşı ümumilikdə mövqeyi necədir?

– Almaniyanın mövqeyi Qarabağın beynəlxalq hüquqla tanınmamasına əsaslanıb. Problem ondadır ki, münaqişə hərbi deyil, diplomatik yol ilə həll edilməlidir. Amma Almaniya sadəcə bir səsdir. Uzunmüddətli həllə Rusiyasız nail olmaq mümkün deyil.

– Yeri gəlmişkən, bu yaxınlarda Die Linke fraksiyasının hökumətə ünvanladığı sualların cavablarında buna bənzər tezis səslənib. Almaniya Aİ-nin üzvü kimi bu münaqişənin həllində hansı rolu oynaya bilər?

– Almaniya Bundestaqı və BMT tərəfindən qəbul edilmiş, Azərbaycanın ərazisinin azad edilməsini tələb edən bəyannamələr mövcuddur. Almaniya bu bəyannamələrin yerinə yetirilməsini tələb edir. Onların yerinə yetirilməsi üçün isə cəlb edilən tərəflərin könüllü olması gərəkdir. Bu isə hələ əldə edilməyib. Almaniya vasitəçi ola bilər, amma qərarın qəbul edilməsinə təzyiq göstərə bilməz.

Əslində isə biz öz imkanlarımızı Ukrayna münaqişəsi misalında müşahidə edə bilərik…

– Bu yaxınlarda rəsmi Bakı xarici işlər nazirinin müavini M.Məmmədquliyevin simasında, Aİ-nin regionda oxşar münaqişələr zamanı, o cümlədən də Ukrayna böhranında olduğu kimi Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləməyi arzusunu ifadə etdi. Aİ-nin mövqeyində müvafiq dəyişiklikləri gözləmək olarmı?

– Noyabrın 1-dən Brüsseldə Avropa komissiyasının yeni tərkibi fəaliyyət göstərəcək, Aİ-yə üzv ölkələrdən Azərbaycan haqqında məlumatlılığın genişləndirilməsi asılı olacaq, mən hələ Avropanın enerji təhlükəsizliyinə dair aktual problemini demirəm. Avropa İttifaqı Ukrayna böhranından nəticə çıxarmalıdır, anlamalıdır ki, Avropa enerji resurslarının çatdırılma mənbələri məsələsində müstəqilliyə ehtiyac duyur. Almaniya kansleri Angela Merkel bu faktın mühümlüyünü vurğulayıb.

Bəli, Ukrayna həqiqətən prioritetdir, amma mən Azərbaycana bu ölkənin taleyini arzulamıram! Amma Azərbaycanda “Bizim ölkəmizdə də belə bir vəziyyət yaransa Aİ nə edəcək?” sualına cavab axtaranları da anlayıram. Mən cavabı bilmirəm. Amma elə bu, belə vəziyyətin yaranmasından öncə məhz danışıqlar, diplomatiya üçün səbəbdir.


www.oxu.az