Lavrov: Moskva Ukraynadakı seçkilərin nəticələrini tanıyır

“Belə görünür ki, seçkilər baş tutub”…

“Belə görünür ki, seçkilər baş tutub”.

Moskva hesab edir ki, Ukraynadakı parlament seçkiləri baş tutub və onların nəticələrini tanımağa hazırdır, Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“Belə görünür ki, seçkilər bütün Ukrayna ərazisində keçirilməsə də, baş tutmuş sayıla bilər. Düşünürəm ki, biz bu seçkiləri tanıyacağıq, çünki bizə Ukraynanın ərazisində bir-biri ilə mübarizə, ölkəni ya Şərqə, ya Qərbə çəkməklə deyil, qarşıda dayanan real problemlərlə məşğul olan hakimiyyətin olması çox vacibdir”, – deyə, nazir Life News telekanalının efirində bildirib.

www.oxu.az