Nadana Fridrihson: Deyəsən, Aİ bu istiqamətdə irəliləyişə hazırlaşır – MÜSAHİBƏ

“İlham Əliyev çoxşaxəli kursu dəstəkləyir”…

“İlham Əliyev çoxşaxəli kursu dəstəkləyir”.

Oxu.Az-ın suallarına Cənubi Qafqaz və Yaxın şərq üzrə ekspert, jurnalistNadana Fridrihson cavab verir.

– Bakı və Moskvanın münasibətləri ümumilikdə pozitiv inkişaf edir, amma son zamanlar bu münasibətlərdə fəallıq müşahid edilir, Bakıya rusiya siyasi establişmentinin yüksək səviyyəli nümayəndələri təşrif buyurur. Bunu nə ilə izah edirsiniz?

– Rusiya və Azərbaycanın əlaqələrinin yeni səviyyəsi birinci növbədə Putinin avqustda İlham əliyev ilə təkbətək görüşdükdən sonra üçtərəfli görüş keçirdiyi, Soçi danışıqları ilə əlaqədardır.

Putin Əliyevə Rusiya bazarında azad olmuş müəyyən yeri tutmağı təklif etdi. Bu iqtisadi münasibətlərdə yeni mərhələ idi, bu həm də bir sıra məsələlərin meydana gəlməsi, Azərbaycandan işçi qüvvəsinin gəlməsi deməkdir. Moskva merinin Bakıya səfəri də düşünürəm ki, bunun nəticəsidir.

Bundan başqa, Həştərxanda xəzəryanı sammitin nəticələri ölkələrin birgə səylərlə xarici təhlükələrə qarşı qoymağa hazır olduğunu göstərdi. Bu həmçinin Rusiya-Azərbaycan münasibətlərinə impuls vermiş oldu.

Bundan başqa Azərbaycan Moskvaya Cənubi Qafqazda və o cümlədən enetgetik rolu ilə maraqlıdır.

Ümumiyyətlə, ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsini ardında bir sıra maraq və layihələr durur.

– Ekspert icmasında “Moskvanın Azərbaycanı Avrasiya İttifaqına çəkmək istəməsi” fikripopulyardır. Məsələ yalnız Baknın bunun əvəzində nə alacağı ilə bağlıdır. Siz bu məsələnin belə qoyuluşu ilə razısınızmı? Ümumiyyətlə, respublikanın Aİ bir çox inteqrasiya proqramlarında iştirakını nəzərə alaraq, Azərbaycanın bu birliyə daxil olma ehtimalı nə dərəcədədir?

– Razı deyiləm. Moskva əlbəttə ki, Azərbaycanı Avrasiya İttifaqında görməyə qarşı olmazdı, amma hamı anlayır ki, mümkün reallıqlar əsnasında bu mümkün deyil. İlham Əliyev çoxşaxəli kursu dəstəkləyir. Bakı yalnız avrasiya inteqarsiyasından imtina etmir, həm də Aİ ilə assosiasiya üzvlüyünü də imzalamır.

Məhz bu strategiya Azərbaycana regionda öz mövqelərini möhkəmləndirməyə imkan verir. Və çətin ki, Moskva Avropa və Rusiya arasında qalan ukraynasayağı Azərbaycanda maraqlı olsun.

Bundan başqa Ermənistan və Gürcüstanın özünü müəyyənetməsinə nəzərən, Azərbaycanın çoxşaxəli kursu regionda tarazlığı saxlamaq imkanı verir.

– Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsinə hamı alışıb, və bu Qarabağ münaqişəsinin həll olunmaması ilə aydındır. Amma Ermənistan, Azərbaycanın informasiya təhlükəsizliyinə təsir edən yeganə ölkə deyil. Təəssüf ki, Rusiya KİV-də Dağlıq Qarabağ probleminə dair bəzən reallıqları əks etdirməyən, bəzən isə təxribat ruhlu materiallar dərc edilir. Sizin fikrinizcə belə nəşrlər nə dərəcədə rəsmi Moskvanın mövqeyini əks etdirə bilər?

– Belə nəşrlər heç bir zaman rəsmi Moskvanın mövqeyini əks etdirməyib.  Etiraf etmək lazımdır, Rsuiayda yalnız sərhədlər deyil, eləcə də informasiya məkanı genişdir. Çoxsaylı internet-nəşrlər, poratllar, radiostansiyalar və s. mövcuddur.

Rəsmi KİV mövcuddur, amma onların işlərində siz çətin ki, bu qəbildən olan təxribatlar görəsiz, amma yalnızşlıqlar hər yerdə olur. Amma çox güman ki, belə hallar bu və ya digər əməkdaşın qeyri-peşəkarlığının nəticəsidir.

Qeyri-rəsmi KİV gəldikdə isə, əlbəttə onlar müxtəlif sxemlər üzrə işləyə bilərlər, və media sahəsində boşluqları doldurmaq üçün çalışa bilərlər. amma bunu heç bir halda rəsmi Moskvanın mövqeyi kimi qəbul etmək lazım deyil.

Moskvada yerləşən Azərbaycan KİV-nin bu və ya digər hallara lazımi vaxta reaksiya verməmələri, informasiya cavabının strategiyasının düzgün qurulmaması və ya işıqlandırılmaması başqa məsələdir. Ruisyada belə problemlər Qərb informasiya maşını ilə mübarizə aprarakənm yaranır.

Ümumiyyətlə, bu həm Rusiyanın, həm Azərbaycanın, eləcə də bütün postsovet ölkələrinin mənimsəyəcəyi bir texnologiyadır. Amma Bakının bu problem barədə susmaması, tədbirlər təşkil etməsi, təcrübə bölüşməyə hazır olması vacibdir.

– Yeri gəlmişkən, Fransa prezidentinin vasitəçiliyi ilə oktyabr ayının 27-də Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair fikrinizi bilmək istərdik. Dağlıq Qarabağ probleminə avropalıların oyanmış bu marağını nə ilə izah edərdiniz, və onların vasitəçiliyinin uğutruna ümid etməyə dəyərmi?

– Burada hər şey qanunauyğundur. Birinci görüş Soçidə sonra Con Kerri Uels sammitində Azərbaycvan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ problemini müzakirə etdi, indi Fransa prezidenti. Üç həmsədr-ölkə növbə ilə bu problemu ən yüksək səviyyədə müzakirə ediblər.

Qarabağ probleminə qarşı belə fəallaşmanın bu səviyyədə fəallaşmasının  bir neçə səbəbi var: birincisi, bu avqust ayında az qala hərbi münaqişəyə çevriləcək kəskinləşmədir.

İkincisi, Ermənistanın avrasiya seçimidir. Ermənistanın AAİİ-na daxil olacağı sərhədlər məsələsi kəskin şəkildə müzakirə edilir. Qazaxıstan buna dair öz mövqeyini artıq bildirib, elə Sergey Lavrovda yay aylarında İrəvannı bu İttifaqa Qarabağsız daxil olduğunu bəyan etmişdi.

Ümumiyyətlə, bu mövzu regionda vəziyyətin necə olacağını müzakirə etmək üçün səbəbdir.

Bundan başqa həmsədr-ölkələr, Qarabağ məsələsini müzakirə edərkən Bakı və İrəvan ilə əlaqədar öz maraqlarını təqib edirlər.

Rusiya gücündə tarazlığı qorumağa çalışır, hər iki respublikaya iqtisadi təkliflər edir. ABŞ praqmatizm nöqteyi nəzərindən Azərbaycanda böyük maraqlara sahibdir. Söhbət yalnız neft-qaz sferasından getmir, həm də Bakının geosiyasi rolu,  o cümlədən İran və Türkiyə ilə münasibətlər də daxildir. Unutmaq lazım deyil ki, ABŞ-da erməni lobbisi də mövcuddur.

Fransaya qaldıqda isə orada ən iri erməni diasporunun olduöuna görə bu ölkəni İrəvana istiqamətlənmiş  hesab edirlər. Bununla yanaşı, Paris Azərbaycan ilə münasibətlər strategiyasını qurmağa çalışır.  

Prezidentlərin görüşündən sıçrayışlar gözləmək lazım deyil, amma düşünürəm ki, Fransa prezidenti Qarabağ məsələsinin nizama saınmasına dair təklif edəcək. İş ondadır ki, həmsədr-ölkələr yazılmamış – irəliləyiş əldə edən ölkə vəziyyətin açarlarına sahibdir – qaydasına tabedirlər.

Maraqlıdır ki, Parisdə keçiriləcək görüşə Almaniya da maraq göstərib. Deyəsən, Aİ bu istiqamətdə irəliləyişə hazırlaşır.


www.oxu.az