Putin reytinqi itirir

Cari prezident üçün 49% rusiyalı səs verməyə hazırdır…

Cari prezident üçün 49% rusiyalı səs verməyə hazırdır.

Rusiya Federasiyası prezidenti Vladimir Putinin avqustda pik nöqtəsinə çatan reytinqi enməyə başlayıb, Oxu.Az xəbər verir ki, bu barədə “Levada-sentr”in keçirdiyi sorğunun cavablarına istinadən RBK bildirir.

Sorğunun nəticələrinə əsasən əgər avqust ayında Putin üçün 57% səs verməyə hazır olan var idisə, sentyabrda bu rəqəm 49% olub.

Keçən dəfə sorğuda iştirak edənlərin yarısına qədəri Putini arzuolunan prezident hesab edirdi.

Yanvarda bu rəqəm 29% oldu. Nəticələri hesablasaq, bitərəfləri və səs verməyə hazırlaşmayanları çıxsaq, o zaman cari prezidentin reytinqi 83% olur, ötən ay isə bu 87% idi (apreldə 81%, yanvarda isə 66%).

Seçkilərdə tərəf müəyyənləşdirənlərin də sayı azalıb: əgər avqustda sorğuda iştirak edənlərin 66%-i səs vermək istədikləri namizədin adını deyirdilərsə, indi tərəf müəyyənləşdirənlərin göstəricisi 59% olub. Yanvarda bu rəqəm 45% idi.

www.oxu.az