Azərbaycan alternativ enerjinin ümumi gücünü artıracaq

“İnvestisiyalar 2020-ci ilə qədər mənimsənilməlidir”…

“İnvestisiyalar 2020-ci ilə qədər mənimsənilməlidir”.

Azərbaycanda alternativ və bərpa edilən enerji (BEM) mənbələri sahəsində bir sıra layihələr realizə edilir. Ölkədə energetikanın bu sahəsinin inkişafı istiqamətində əlverişli şərait yaradılır. Bu sahədə çalışan şirkətlər imtiyazlı vergi rejimi çərçivəsində fəaliyyət göstərirlər – onlar gömrük vergi və rüsumlarının ödənməsindən, eləcə də ƏDV-dən azaddırlar.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin investisiya və strateji inkişaf şöbəsinin müdir müavini Samir Rəhimov, bu gün Bakıda işini davam etdirən XIII Energetikanın İnvestisiya və Tənzimlənməsi üzrə Konfransda (ERRA) çıxış edərkən deyib.  

O qeyd edib ki, Azərbaycan potensial bərpa olunan və alternativ energetika ölkəsi kimi məşhurdur:

“İlkin dəyərləndirmələrə görə, təbii mühiti, iqtisadi infrastrukturu və coğrafi yerləşməni nəzərə alaraq, Azərbaycanın BEM-i aşağıdakı qüvvəyə malikdir: günəş enerjisi – 5 GVt, külək – 4,5 GVt, biokütlə enerjisi – 1,5GVt və geotermal enerji – 1 GVt yaxın”.

Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələri istiqamətində işləyən obyektlər arasında S.Rəhimov Qobustan Eksperimental Poliqonunu və Sınaq-Tədris Mərkəzini, Suraxanı günəş elektrostansiyasını və s. qeyd edib.

BEM-in enerji obyektlərindən başqa, hal-hazırda 2,8 MBt qüvvəsində olan, Pirallahı günəş elektrostansiyasının tikintisi gedir.

S.Rəhimovun qeyd etdiyi kimi, Azərbaycanda bir sıra sosial obyektlər BEM vasitəsi ilə istilik və elektroenerji ilə təmin edilir. Əsasən bu, Sumqayıt, Samux rayonunda və Bakının üç qəsəbəsində belə obyektlər var.

BEM-dən kənd yerində yaşayış evlərinin və aqrar heyvandarlıq, quşçuluq, tərəvəzçilik və s. obyektlərinin enerji təminatı üçün geniş istifadə edilir.

S.Rəhimovun sözlərinə görə, Azərbaycanda BEM sahəsində layihələr işlənir, onlar bütün enerji obyektlərinin summar qüvvəsini 134 MBt çatdırmağa yönəlib.

“Bu layihələrin realizəsi üçün kapital yatırım kimi 2020-ci ilə qədər mənimsənilməsi gərəkən, 14 milyard avro həcmində investisiya lazımdır”, –  S.Rəhimov qeyd edib.

www.oxu.az