Azərbaycanlı İŞİD-çi öldürüldü

42 yaşlı Tərtər rayon sakini bir müddət əvvəl Suriyaya döyüşə gedib…

42 yaşlı Tərtər rayon sakini bir müddət əvvəl Suriyaya döyüşə gedib.

Suriyada döyüşən İŞİD terror qruplaşmasının üzvü olan azərbaycanlı öldürülüb. 

Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yer alıb. 

42 yaşlı azərbaycanlı Abdul Vahid adı ilə tanınıb. O, başından vurulub. Həmin şəxsin Tərtər rayonundan olduğu vurğulanıb.

ANS PRESS-in bölgə müxbiri belə bir faktın baş verdiyini təsdiqləyib. 

Belə ki, 42 yaşlı Tərtər rayon sakini bir müddət əvvəl Suriyaya döyüşə gedib. 

Rayon polis şöbəsi və prokurorluğundan isə onlara bu barədə heç bir məlumat daxil olmadığı bildirilib.

www.oxu.az