ABŞ Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların intensivləşəcəyinə ümid edir

“Əsas diqqəti sülh gətirəcək faydalar üzərində cəmləşdirməyə çağırırıq”…

“Əsas diqqəti sülh gətirəcək faydalar üzərində cəmləşdirməyə çağırırıq”.

ABŞ Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların intensivləşəcəyinə ümid edir.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib.

“Biz bütün tərəfləri danışıqlar masası arxasında səyləri ikiqat artırmağa və əsas diqqəti bölgə sakinlərinə sülh gətirəcək faydalar üzərində cəmləşdirməyə çağırırıq”. 

Cen Psaki Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülmələri və  onlara keçirilən qondarma “məhkəmə prosesi” ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

“Bu konkret iş barədə bizim kifayət qədər məlumatımız yoxdur”.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülüblər. Onlara qarşı hazırda ermənilər qondarma “ məhkəmə prosesi” “keçirirlər”. 

www.oxu.az