Ərdoğandan İŞİD-ə mesaj

“Süleyman Şahın türbəsini qəhrəmancasına qoruyan əsgərlərimizlə fəxr edirik”…

“Süleyman Şahın türbəsini qəhrəmancasına qoruyan əsgərlərimizlə fəxr edirik”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Süleyman Şah türbəsini qoruyan əsgərləri cümhuriyyət bayramı münasibətilə təbrik edib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin Süleyman Şah türbəsinə edilən hücuma səssiz qalmayacağını bir daha bəyan edib: 

“Heç bir təhdidə və təhlükəyə boyun əymədən, vətən torpağımızın, ay ulduzlu bayrağımızı və Osman Qazinin babası olan mərhum Süleyman Şahın türbəsini qəhrəmancasına qoruyan əsgərlərimizlə millət olaraq fəxr etdiyimizi təkrar xatırlatmaq istəyirəm.

Yenə bu gün bir daha xatırlatmaq istəyirəm ki, vətən torpağımıza, ay ulduzlu bayrağımıza, əsgərlərimizin və Süleyman Şahın əziz xatirəsinə istiqamətli hər cür hücum qarşısında Türkiyə Respublikası bütün gücüylə yanınızda olmağa davam edəcək. Bilin ki, əziz millətimizin xeyir duaları sizlərlə birlikdədir.

Yenə bilin ki, Türkiyə Respublikası, güclü dövləti və millətiylə vətənimizin istiqlalı uğrunda ailələrinizdən və sevdiklərinizdən uzaqda keçirdiyiniz bayramın müqəddəs olmasını diləyir, o mübarək alınlarınızdan öpür, hamınızı sevgiylə salamlayır”.

www.oxu.az