Ermənilər mövqelərimizi atəşə tutdular

Nazirlik məlumat yayıb…

Nazirlik məlumat yayıb.

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Ermənistan silahlı bölmələri Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. 

Düşmən cavab atəşi ilə susdurulub.

www.oxu.az