Rusiyada ermənilər azərbaycanlılardan varlıdır

Rusiya zəngin biznesmenləri arasında cəmi 22 etnos var…

Rusiya zəngin biznesmenləri arasında cəmi 22 etnos var.

Rusiya elitası – dünyada tədqiq edilməmiş elitadır. SSRİ-nin süqutundan sonra zənginlər sinfi sadəcə yaranırdı, sonra isə bir neçə əmlak dəyişməsi oldu.

Nəticədə isə, elita haqqında fikir yürüdərkən, məhz kimdən danışıldığı barədə təsəvvür yaratmaq çətin olur.

Oxu.Az “Lenta.ru”ya istinadən rusiyalı zənginlərin etnik mənsubiyyəti haqqında info-cədvəli təqdim edir.

Rusiya zəngin biznesmenləri arasında cəmi 22 etnos var. Bu etnosların Rusiyada summar cəmi 126,4 milyondan ibarətdir, yəni ölkənin əhalisinin əksər hissəsi.

Rusiyanın zəngin iş adamları 2014-cü ildə aşağıdakı etnos qruplara ayrılır:

1. “Böyük üçlük” – nümayəndələrinin sayı onlarladır: rus, yəhudi və ukraynalılar.

2. “Orta tərkib” – tatarlar, ermənilər, dağ yəhudiləri, azərbaycanlılar, inquşlar, çeçenlər, osetinlər, özbəklər.

3. “Nadir nümayəndələr” – avarlar, ərəblər, belaruslar, yunanlar, gürcülər, kabardinlər, qazaxlar, kürdlər, ləzgilər, litvalılar, moldovanlar.

“Rusiyanın 200 ən varlı iş adamı-2014” siyahısına daxil olan ən zəngin azərbaycanlıların summar kapitalı 16,8 milyard dollardır, ermənilərdə isə bu göstərici 21,0 milyard dollardır.

Bundan başqa, qeyd edək ki, 16,8 milyard dollardan 13,6 milyard dollar bir azərbaycanlının – “Lukoyl” şirkətinin prezidenti Vagit Ələkbərovun payına düşür.

Ermənilərdə isə siyahıya Sergey Qalitski-Artunyan liderlik edir. 21 milyard dolların demək olar ki, yarısı – 10,3 milyardı “Maqnit” pərakəndə şəbəkəsinin təsisçisi və həmsahibinin payına düşür. 

A.İ.

www.oxu.az