Azərbaycanın ABŞ-dakı səfirliyi “MasterCard”-ın Azərbaycana qarşı təxribatını araşdıracaq

Səfirliyə təlimat verilib…

Səfirliyə təlimat verilib.

Azərbaycanın ABŞ-dakı səfirliyi “MasterCard” beynəlxalq ödəniş sisteminin öz rəsmi saytında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisini Ermənistanın tərkib hissəsi kimi göstərməsi ilə bağlı məsələni araşdıracaq. 

Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib. H. Hacıyev bildirib ki, Azərbaycanın ABŞ-dakı səfirliyinə təlimat verilib ki, məsələ araşdırılaraq bu istiqamətdə lazımi tədbirlər görülsün.
 
Qeyd edək ki, “MasterCard”ın saytındakı “Ermənistan” bölməsində “ATM Locator” (ATM-lərin yerləşməsi) üzrə axtarış verərkən Ermənistan şəhərləri arasında “Stepanakert” (Xankəndi), “Shushi” (Şuşa) və s. şəhər adlarına rast gəlmək olar. Qeyd olunan ərazilərdə “MasterCard”ın xidmətlərindən istifadə etmək mümkündür.

E.Ə.
www.oxu.az