Litva Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini heç zaman dəyişməyib

“Sülh və müharibədə insanların hekayələri” filmi nümayiş olunub…

“Sülh və müharibədə insanların hekayələri” filmi nümayiş olunub.

Litva hökuməti Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini heç zaman dəyişməyib.Bu bütün səviyyələrdə Litva hökumət nümayəndələrininsəfərlərində hər zaman qeyd olunub. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Litvanın Azərbaycandakı səfirliyi Ermənistan mətbuatının Litva telekanalında Dağlıq Qarabağ haqqında antiazərbaycan xarakterli sənədli filmin nümayişi barədə yaydığı məlumatı şərh edərkən bildirib.

““Sülh və müharibədə insanların hekayələri” filmi xarici film festivalı çərçivəsində nümayiş olunub. Elə həmin kanalda  Azərbaycan və Gürcüstan istehsalı filmlər də nümayiş olunub. Biz əminik ki, Azərbaycan tamaşaçıları kimi litvalılar da bədii filmləri və təbliğatı fərqləndirə bilirlər. Litva hər zaman beynəlxalq hüququn prinsiplərinə – ölkənin ərazi bütövlüyünə  hörmətlə yanaşıb və bu heç zaman dəyişməyib”, deyə səfirliyin məlumatında bildirilir.

Qeyd edək ki, Ermənistan KİV-ləri Litvanın “Mədəniyyət” kanalında Vardan Hovanisyanın “Müharibə və sülh zamanı insanların hekayələri ” adlı sənədli filminin nümayiş olunduğu barədə məlumat yaymışdı.

www.oxu.az