Ebola virusu Finlandiyaya çatdı

Amerikalı həkimlərə baş ağrsı və yüksək hərarət olmasından şikayət edib…

Amerikalı həkimlərə baş ağrsı və yüksək hərarət olmasından şikayət edib.

Finlandiyada Ebola xəstəliyinə yoluxmuş ilk xəstə qeydə alındı. Yerli Helsingin Uutiset qəzeti, xəbər verir ki, üç həftə bundna öncə Liberiyadan gəlmiş xəstə oktyabrın 30-da Helsinki infeksion xəstəliklər xəstəxanasına yatırılıb.

Oxu.Az Lenta.ru-ya istinadən bu amerikalıdır. O, həkimlərə baş ağrısı və yüksək hərarətdən şikayət edib.  

Xəstəxananın baş həkimi Asko Yarvinen (Asko Jarvinen) xəstənin məhz bu ölümcül xəstəliyə yoluxduğuna şübhə edir. Kişi Liberiyanı 22 gün öncə tərk edib. Bu isə o deməkdir ki, Ebolanın inkubasiya dövrü keçib (üç həftə) virusun simptomları isə üzə çıxmayıb. Bundna başqa isə xəstə yoluxmuş insanlarla kontaqkta girmədiyini söyləyib. “Amma biz yenə də xəstələnməni istisna edə bilmərik”, – Yarvinen hesab edir.

Ebolanın üzə çıxarılması üçün testlərin cavabı oktyabrın 31-də açıqlanacaq.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə Qərbi Avropada Ebola virusundan 5 min nəfər həlak olub. Virusa 10 min adam yoluxub. Həlak olanların əksəriyyəti Qərbi Afrika ölkələri: Liberiya, Qvineya və Syyer-Leondan olub. Bundan başqa İspaniyada, ABŞ və Mali də qeydə alınıb.

 

www.oxu.az