Zakir Həsənovdan Ermənistanın müdafiə nazirinin fikrinə – CAVAB

“Bu, yalnız zəbt edilmiş torpaqlarımızdan işğalçıların tamamilə çıxarıldığı halda baş tuta bilər”…

“Bu, yalnız zəbt edilmiş torpaqlarımızdan işğalçıların tamamilə çıxarıldığı halda baş tuta bilər”.

Xəbər verdiyimiz kimi, Ermənistanın müdafiə naziri Seyran Ohanyan verdiyi açıqlamada əsirlərin dəyişdirilməsi prosesinin Ermənistanla Azərbaycan arasında birbaşa təmasların olmaması ucbatından çətinləşdiyini bildirib. 

Oxu.Az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan Respuklikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Sergey Ohanyanın tərəflər arasında inam atmosferinin artması fikrinə cavab olaraq bildirib ki, bu, yalnız Ermənistan silahlı qüvvləri tərəfindən zəbt edilmiş torpaqlarımızdan işğalçıların tamamilə və qeyd-şərtsiz çıxarıldığı halda baş tuta bilər.

www.oxu.az