İlham Əliyev Budapeştə gedəcək

“Ölkəmiz 200 Azərbaycan gəncinə təhsil təqaüdü ayırmağa hazırdır”…

“Ölkəmiz 200 Azərbaycan gəncinə təhsil təqaüdü ayırmağa hazırdır”.

Azərbaycan prezidenti İlham Əliyev gələn həftə Macarıstana səfər edəcək.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

O bildirib ki, Macarıstan tərəfi səfərin yüksək səviyyədə həyata keçirilməsi üçün tədbirlər görür.

Macarıstanlı nazir qeyd edib ki, Azərbaycan prezidentinin Macarıstana səfəri zamanı mülki aviasiya ilə bağlı müvafiq sazişlərin imzalanması gözlənilir. Bundan əlavə, səfərə qədər strateji tərəfdaşlıq sazişi üzərində işi bitirmək nəzərdə tutulub: 

“Bu il ticarət dövriyyəmiz keçən ilə nisbətən 18 faiz artıb. Azərbaycanla əlaqələrimiz inkişaf edir. Ölkəmiz 200 Azərbaycan gəncinə təhsil təqaüdü ayırmağa hazırdır. Əminəm ki, prezident İlham Əliyevin Macarıstana səfərindən sonra əlaqələr daha da inkişaf edəcək”. 

www.oxu.az