Səudiyyə Ərəbistanı neftin qiymətini endirdi

“Onlar özlərini belə qiymətlə də rahat hiss edirlər”…

“Onlar özlərini belə qiymətlə də rahat hiss edirlər”.

Nyu-York Əmtəə Birjasında Texas neftinin dekabr fyuçerslərinin qiyməti 1,76 dollar (2,2%) azalaraq, bir barelə görə 78,78 dollar təşkil edib, Oxu.AzRosbalt-a istinadən xəbər verir.

Məlumata görə, qiymətlərin kəskin azalmasına Saudi Arabian Oil şirkətinin onun ABŞ və Asiyaya ixracı qiymətlərini azaltması səbəb olub.

“Səudiyyə Ərəbistanının bu addımı onun ABŞ bazarında bir müddət əvvəl bir qədər azalmış payını saxlamaq cəhdlərindən xəbər verir. Görünür onlar belə qiymət və tələbatla özlərini rahat hiss edirlər”, – deyə, Again Capital LLC hec-fondunun əməkdaşı Con Kildaf bildirib.

Onun sözlərinə görə, “görünür Səudiyyə Ərəbistanı qışda neftə tələbatın artmasının mövqelərini möhkəmləndirəcəyinə ümid edir”.

www.oxu.az