Alman dərsliklərində Ərdoğanı zəncirli köpək kimi təsvir etdilər

Türkiyə XİN etiraz edir…

Türkiyə XİN etiraz edir.

Türkiyənin Xarici İşlər Nazirliyi alman məktəb dərsliklərində prezident Rəcəb Tayyib Ərdoğanın karikaturasının dərc edilməsinə qarşı etiraz ilə çıxış edib,Oxu.Az Reqnum-a istinadən xəbər verir.

Xarici siyasət idarəsinin yazılı bəyanatında qeyd edilib ki, Baden-Vürtemberq federal ərazidə xüsusi olaraq türk mühacirləri üçün yazılmış ictimai biliklər üzrə məktəb dərsliyində, zəncirdə oturan bir köpəyin oturduğu damda “Ərdoğan” yazılıb.  

Yeri gəlmişkən, ilk dəfə bu karikatura 2011-ci ildə “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc edilmişdi. Elə o zaman nəinki, Almaniyada yaşayan türklərin, eləcə də Türkiyə XİN-in bildirdiyi kimi, “demək olar ki, Almaniyada bütün müsəlman ictimaiyyətinin” qəzəbinə səbəb oldu.

Bununla yanaşı, yerli alman hökuməti bu etirazları diqqətsiz qoyub. İndi isə Ankara Berlini türklərə qarşı “irqçiliyin və ksenofobiyanın kultivasiyasında” günahlandırır.  

Bununla əlaqədar Almaniyanın Ankaradakı səfiri müvafiq açıqlamalar üçün XİN-nə çağırılıb. İstanbul universitetində çıxış edən Ərdoğan isə öz növbəsində qərb KİV-ni “Türkiyəyə xəyanətdə” ittiham edib və əmin edib ki, “onların Türkiyə haqqında nə yazmalarından asılı olmayaraq biz öz xarici və daxili siyasətimizi ölkənin milli maraqlarından çıxış edərək aparmağa davam edəcəyik”.   

www.oxu.az